Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub. Bu barədə 4 aprel tarixində APA məlumat verib.
Hadisə Babək prospektində qeydə alınıb.
Amil İsayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Nizami Həsənovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.