Bakı şəhəri Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindən paytaxt sakini H.Əhmədova məxsus “Forland” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Bu haqda məlumatı İnsanoid bu gün, 23 dekabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Tural Rəhimov avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.