Bakıda avtomobillər toqquşub, ölən var. Bu barədə 3 fevral tarixində Report məlumat verib.
Hadisə paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Baloğlanov Röyal Firudin oğlu idarə etdiyi "Mercedes C-class" markalı avtomobillə hərəkətdə olarkən 1975-ci il təvəllüdlü Məmmədov Mahir Mirayıl oğlunun idarə etdiyi “Fiat Doblo” markalı maşınla toqquşub. Nəticədə M.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.