Bakıda avtomobillər toqquşub, ölən var. Bu barədə 14 mart tarixində Report məlumat verib.
Hadisə martın 13-də paytaxtın Sabunçu rayonunun Kürdəxanı-Pirşağı avtomobil yolunda qeydə alınıb.
Belə ki, Kazımov Ramin Xaqani oğlunun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə qarşı istiqamətdə hərəkətdə olan Rəhmanov Aqil Arif oğlunun idarə etdiyi "Ford" markalı yük avtomobili toqquşub. Nəticədə A.Rəhmanov almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.