Bakıda axtarışda olan şəxs tutulub. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 26 yanvar tarixində xəbər verir.
Xəzər rayonunun Binə qəsəbəsindəki bir ofisin kondisioner mühərrikini oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan Bakı şəhər sakini Fariz Mirzəyev saxlanılıb.
Araşdırma aparılır.