Bakıda noyabrın 21-23-də Azərbaycan-Rusiya parlamentarilərinin birgə iclası keçiriləcək. Bu barədə noyabrın 17-də APA xəbər yayıb.
Məlumata görə, bunu Rusiya Dövlət Dumasının deputatı Kazbek Taysayev deyib.
“Dumanın spikeri Vyaçeslav Volodinin tapşırığına əsasən, dumanın MDB komitəsinin sədri Leonid Kalaşnikovun rəhbərliyi ilə rusiyalı deputatlar Azərbaycanda iki ölkənin parlamentarilərinin birgə iclasında iştirak edəcəklər", - deyə qonşu ölkənin rəsmisi əlavə edib.