Bu gün Bakıda böyüklər arasında batut gimnastikası üzrə Dünya Kuboku start götürəcək. Bu barədə Report 18 fevral tarixində məlumat verib.
Milli Gimnastika Arenasında keçirilən yarış 2 gün davam edəcək. Dünya Kubokunda Azərbaycanla yanaşı, 16 ölkədən 60 gimnast fərdi və sinxron proqramda mübarizə aparacaq.
Azərbaycan dövlət himni səsləndikdən sonra yarış açıq elan edilib.
Azərbaycanı yarışda ötənilki Dünya Kubokunun gümüş mükafatçısı Selcan Mahsudova təmsil edir.
Saat 12:00-da start götürəcək yarışlar İdman TV vasitəsilə canlı yayımlanacaq.