Bu gün səhər saatlarında Bakı şəhəri Nəsimi rayonunun H.Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada partlayış baş verib. Bu barədə 11 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 40 kavdratmetr olan ikiotaqlı mənzildə ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən otağın pəncərə çərçivəsi yerindən çıxıb, şüşələri qırılıb. Hadisə nəticəsində mənzildə olan bir nəfər vətəndaş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.