Bakı şəhərində binanın mansardında inşa edilmiş əlavə balkon sökülür. Bu barədə 28 yanvar tarixində Oxu.az məlumat verib.
Artıq əraziyə Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Vüqar Şıxəmmədov və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər.
Qeyd edilən məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən edilmiş müraciətə əsasən, binaya əlavə edilmiş tikilinin aidiyyəti dövlət qurumları tərəfindən söküntüsünə başlanılıb.
Hazırda mansardda tikilən balkonun sökülməsi üçün müvafiq tədbirlər görülür.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhərində binanın mansardına əlavə balkonun inşa edilməsi ilə bağlı görüntülər yayılmışdır.
[gallery link="file" columns="1" size="full" ids="103427"]