Bakının Yasamal rayonunda növbəti köçürülmə prosesinə başlanılacaq. Bu barədə 10 noyabr tarixində Oxu.az məlumat verib.
“İnşaatçılar” metro stansiyası üzərindəki qəzalı beşmərtəbəli binalar söküləcək.
Yasamal Rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Xəqan Teymurovun sözlərinə görə, aidiyyəti qurumlar tərəfindən qəzalı binaların siyahıya alınması ilə bağlı tapşırıq verilib. İstismar müddəti bitmiş qəzalı binalar siyahıya alınıb və artıq aidiyyəti üzrə təhvil verilib.
“Sakinlərin köçürülməsi istiqamətində iş adamları ilə danışıqlar aparılacaq. Əgər tərəflər qarşılıqlı razılığa gələ bilsələr, sakinlər həmin binada yeni təmirli mənzillərlə təmin olunacaqlar və yaxud da sakinlərə kompensasiya ödəniləcək”, - Xəqan Teymurov qeyd edib.