Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım toplanması üçün Bakıda daha bir neçə ünvan ayrılıb. Bu barədə İnsanoid bu gün, 8 fevral tarixində məlumat verib.
ASAN Xidmətin yaydığı məlumata əsasən, yardımlar paytaxtın Ziya Bünyadov prospekti, Xarici dairəvi küçəsi, 2038-ci məhəllədə (73 saylı tam orta məktəbin yanı) yerləşən “Azərsun Holdinq”in Satınalmalar Mərkəzində, Səməd Vurğun küçəsində - Göy məscidin yaxınlığında, Salyan Şosesi 22 - Binə bazarının 14-cü sıra ilə üzbəüz yerləşən Aqro terminalda və Ağ şəhər - Yaşıl Ada nömrə 2 ünvanlarında toplanır.
Vətəndaşlar yardımları çatdırmaq üçün müvafiq olaraq, aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Görkem Yelgin - 050 285 01 01
Muhemmed Emin Kalan - 050 736 71 00
Ferhat Çeğil - 055 604 36 96
Ramil Hümbətov - 050 567 75 77
Xatırladaq ki, Bakıda Əl Oyunları Sarayında da yardımlar toplanır.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Faciə nəticəsində 8 574 nəfər həlak olub.