Bakıda kafeyə silahlı basqın olub. Bu barədə Report 29 mart tarixində xəbər verib.
Paytaxtın Biləcəri qəsəbəsində yerləşən "Aşıqlar" kafesinə müştəri qismində gələn 2 nəfər şəxs Səxavət Məmmədovun üzərinə bıçaq çəkərək pul tələb edib və kassadan təxminən 40-45 manat məbləğində pul götürüb.
Hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Ricat Cəfərov və 27 yaşlı Turan Alıyev saxlanılaraq polisə təhvil veriliblər.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.