Bakı şəhərində doqquzmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə noyabrın 18-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Xətai rayonunda qeydə alınıb. Nəticədə 2-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılan 3 sayğac, 3 qoruyucu açar və 10 p.m kabel yanıb.
Mənzillər alovdan mühafizə olunub. Yanğın söndürülüb.