Bakını bir-birinə qatan tələbə xəstəxanaya yerləşdirilib. Bu barədə İnsanoid Qafqazinfo-ya istinadən bu gün, 11 aprel tarixində xəbər verir.
Ötən gün Bakının mərkəzi yollarında 99-ED-717 dövlət qeydiyyat nişanlı “Volkswagen Touareg” markalı avtomobili arxa-arxaya sürərək yol hərəkəti qaydalarını kobudcasına pozan 20 yaşlı Rauf Cabbarbəyli xəstəxanaya yerləşdirilib.
O da məlum olub ki, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Mühəndisliyi fakültəsinin tələbəsi olan Rauf 2020-ci ildə buraxılış imtahanlarında yüksək (238,7) bal toplayıb və hazırlaşdığı tədris mərkəzi ən yaxşı tələbələri arasında onun da fotosunu paylaşıb.
ADNSU-dan isə bildirilib ki, Cabbarbəyli Rauf Fuad oğlu 2020-ci ildə Kimya texnologiya fakültəsinin 342.20E saylı qrupuna 572.8 balla qəbul olub. Hər bir kurs üzrə smestr boyu kəsiri olmayıb, qarışıq qiymətlər alıb. Ortalaması 72.62-dir. Elektron jurnalda semestrlər üzrə davamiyyət limitini keçməyib. Bu tələbə hazırkı müddətə qədər daxili nizam-intizam qaydalarını pozmayıb.