Bakı şəhərinin Xətai rayonu Əhmədli qəsəbəsindəki (Kənd Əhmədli) Balaxan Süleymanov küçəsində birmərtəbəli fərdi yaşayış evində yanğın olub. Bu barədə 28 yanvar tarixində Report Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verib.
Yanğının ilkin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinin mətbəxində baş verməsi müəyyən edilib.
Yanğın söndürülüb.