Bakının Binəqədi rayonunda evdən oğurluq edən şəxs saxlanılıb. Bu barədə 16 dekabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Elşən Əşrəfov tutulub. Saxlanılan şəxs Binəqədi qəsəbəsində 2 evdən məişət əşyaları və neft qurğularının elektrik avadanlıqlarını oğurlayıb. Faktlarla bağlı toplanan materiallar istintaqa təqdim olunub.
Elşən Əşrəfovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, 43-cü Polis Bölməsinə və ya ərazi polis orqanlarına məlumat verə bilərlər.