Bakı şəhərinin Müşfiqabad qəsəbəsində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Bu haqda 2 fevral tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.
Nazirliklərin rəsmilərinin, gənclərin və könüllülərin iştirak etdiyi aksiya zamanı Abşeron yarımadasının iqliminə uyğun 1000-ə yaxın zeytun və Eldar şamı ağacları əkilib.
Aksiya Gənclər və İdman Nazirliyi, eləcə də Abşeron rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.