Güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində hazırkı vaxta kimi daha 13 ağacın sınması faktı qeydə alınıb. Bu barədə Report 9 fevral tarixində məlumat verib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, bununla da zədələnən ağacların ümumi sayı 28-ə çatıb.
Həmin ağaclar kəsilərək ərazi təmizlənib. Küləkli hava şəraiti ilə əlaqədar birlikdə operativ qruplar yaradılıb və ağacların qırılmasına dair məlumat daxil olduqda onlar dərhal hadısə yerinə gələrək fəsadları aradan qaldırırlar.