Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd edib, körpəsi tələf olub. Bu barədə 28 yanvar tarixində “Qafqazinfo” məlumat verib.
Hadisə Binəqədinin Xocasən qəsəbəsində baş verib.
Belə ki, 2004-cü il təvəllüdlü Fidan Quliyeva (şərti ad-soyad) yaşadığı evdə dərman içərək özünü öldürmək istəyib. Ailə üzvləri dərhal onu xəstəxanaya çatdırıblar və qadının həyatını xilas etmək mümkün olub.
İntihara cəhd edərkən Fidan Quliyeva 7 aylıq hamilə imiş. Xəstəxanada məlum olub ki, içdiyi dərmanların təsirindən uşaq ana bətnində tələf olub.
Faktla bağlı araşdırma aparılır.