Bakıda həyətdən 4 500 manatlıq oğurluq olub. Bu barədə 14 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Binəqədi qəsəbəsindəki həyətlərin birinin saxlanc yerindən 4 500 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elşən Əşrəfov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.