Bakının Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində dekabrın 30-da saat 22:00-da ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 31 dekabr tarixində Daxili İşlər Nazirliyin mətbuat xidməti məlumat verir.
Şamaxı rayon sakini Q.Rəcəbovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini R.Səfərovun idarə etdiyi “Kia” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “VAZ”-ın sürücüsü ölüb.
Faktla bağlı araşdırma aparılır.