Bakı şəhərinin Qaraçuxur qəsəbəsində intihar hadisəsi baş verib. Bu haqda 10 fevral tarixində Lent.az məlumat verib.
Hadisə Səfər Eyvazov küçəsində qeydə alınıb. 26 yaşlı Fəridə Süleymanlı özünü doqquzmərtəbəli binanın damından ataraq, həyatına son qoyub.
İntiharın səbəbi hələlik məlum deyil.