Bakıda kişi özünü yandırıb. Bu barədə 24 fevral tarixində Lent.az məlumat verib.
Hadisə Maştağa qəsəbəsində qeydə alınıb. 57 yaşlı Mahir Sadıqov benzin tökərək özünü yandırıb.
Ağır yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilən M.Sadıqovu xilas etmək mümkün olmayıb. İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.