Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə İnsanoid DİN-in mətbuat xidmətinə istinadən bu gün, 22 aprel tarixində xəbər verib.
Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində Bakı şəhər sakini Elşad Məmmədovun qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Şuşa şəhər sakini Zaur Xanəliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.