Bakıda 45 yaşlı qadın mənzildə bıçaqlanıb. Bu haqda 2 fevral tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Hadisə saat 09:00 radələrində Nizami rayonunun Qara Qarayev prospektində baş verib. Cinayət əməlini törədərək hadisə yerindən qaçan şübhəli şəxs, qadının keçmiş həyat yoldaşı, 51 yaşlı Rövşən Əliyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.