Bakıda xəstəxanada intihara cəhd hadisəsi olub. Bu barədə Oxu.az 26 yanvar tarixində məlumat verib.
Yanvarın 25-də saat 16:00 radələrində Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 16 ünvanında yerləşən Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 2-ci mərtəbəsində 31 yaşlı Hikmət Salamzadə tibbi spirti üzərinə tökərək özünü yandırıb.
Yaralı Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.