Bakıda kişinin öldüyü yanğın hadisəsinin səbəbi məlum olub. Bu barədə 16 mart tarixində Report Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verib.
İlkin ehtimala görə, yanğının ehtiyatsızlıq nəticəsində, kənardan düşmüş od mənbəyi (siqaret kötüyü) səbəbindən baş verməsi müəyyən olunub.
Qeyd edək ki, bu gün yanğın baş vermişdir. 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilmişdir.
Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.
[gallery columns="2" link="file" size="full" ids="109403,109404"]