top
Bakıda korrupsiyaya qarşı mübarizəyə dair tədbir keçirilib
16 mart 2023, 06:49
- ↺ +

Bakıda korrupsiyaya qarşı mübarizəyə dair tədbir keçirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Bakı KOB evi”ndə “İSO 37001:2016 Korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi”nə dair tədbir keçirilib. Bu barədə Report 16 mart tarixində xəbər verib.

Tədbir İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycanda inspeksiya və sertifikatlaşdırma sahəsində fəaliyyət göstərən “SGS Azərbaycan” şirkətinin, Azərbaycan Standartlaşdırma İnstitutunun və “Caspian Energy Club”ın təşkilatçılığı ilə baş tutub.

Müvafiq dövlət qurumlarının və sahibkarların iştirakı ilə bu gün keçirilmiş tədbirin məqsədi iştirakçıları korrupsiyaya qarşı mübarizə sahəsində “İSO 37001:2016” beynəlxalq standartının tətbiqi imkanları və sertifikatlaşdırma prosesi haqqında məlumatlandırmaq olub.

Tədbirdə çıxış edən Baş Prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, KOBİA-nın İdarə Heyətinin (İH) sədri Orxan Məmmədov, KOBİA yanında İctimai Şuranın üzvü, "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin İH-nin sədri Elvin Balacanov Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə korrupsiya hallarına qarşı mübarizə və qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, dövlət qurumları tərəfindən vətəndaşlara, o cümlədən sahibkarlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması, korrupsiya risklərinə qarşı effektiv idarəçilik, “İSO 37001:2016” beynəlxalq standartın tətbiqi məsələləri barədə məlumat veriblər.

Dövlət qurumları və özəl sektorun təmsilçilərinin iştirakı ilə keçirilmiş tədbirdə “İSO 37001:2016 Korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi” barədə iştirakçılar məlumatlandırılıb, bu yöndə müzakirələr aparılıb.

“SGS Azərbaycan” şirkətinin direktoru Seymur Ağayev şirkətin fəaliyyəti, inspeksiya və təftiş, sertifikatlaşdırma sahəsində fəaliyyət və beynəlxalq təcrübə barədə danışıb. Azərbaycan Standartlaşdırma İnstitutunda baş direktorun müavini Kəmalə Məmmədzadə “Azərbaycanda AZS İSO 37001 standartının tətbiqi perspektivləri”, “SGS Azərbaycan” şirkətinin baş auditoru Asif Əmirsultanov “İSO 37001:2016 standartının əsas tələbləri və praktiki tətbiqi”, şirkətin şöbə müdiri Nigar Əliyeva isə “İSO 37001:2016 sertifikatlaşdırma prosesi” barədə təqdimatlarla çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
Bu gün, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
06 noyabr 2026, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Oxşar xəbərlər