Bakıda küçədə 3 aylıq körpə tapılıb. Bu barədə 20 dekabr tarixində Report məlumat verib.
Məlumata əsasən, Binəqədi rayonunda dekabrın 19-da axşam saatlarında Binəqədi qəsəbəsinin Gülüstan küçəsində atılan 3 aylıq oğlan uşağı polis tərəfindən sığınacağa yerləşdilib.
Polis əməkdaşları tərəfindən körpənin anasının şəxsiyyəti müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.