Bakının Səbail rayonu ərazisində mağazadan ümumi dəyəri 24 min manat olan 9 ədəd mobil telefon oğurlanıb. Bu barədə 22 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, naməlum şəxs obyektin pəncərəsini qıraraq orada olan 9 ədəd müxtəlif markalı mobil telefonu ələ keçirib. Oğurlanan mobil telefonların dəyəri 24 min manat olub.
Hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Kamil Fərəcov saxlanılıb.
"Bu şəxsin digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.