Nəsimi rayonunda mənzillərdən birinə 1 ədəd “F-1” markalı qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Bu barədə 18 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş 19 yaşlı Elgün Ocaqverdiyev tutulub.
Ondan “F-1” markalı əl qumbarası aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.