Bakıda mənzildə bir nəfərin meyiti aşkarlanıb. Bu barədə 9 mart tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Belə ki, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan bir nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.