Bakıda mənzildən oğurluq olub. Bu barədə 21 aprel tarixində APA Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Belə ki, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 18-də rayon ərazisindəki evlərin birindən 500 manat, 2 400 dollar, 500 manat dəyərində qızıl-zinət əşyası və ətir oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş F.Tağıyeva saxlanılıb.
Araşdırma aparılır.