Bakıda mənzildən çürümüş meyit tapılıb. Bu barədə 21 aprel tarixində APA məlumat verib.
Məlumata əsasən, Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan 1951-ci il təvəllüdlü Yakşamkin Yuriy Petroviçin çürüməyə məruz qalmış meyiti yaşadığı evdə aşkar edilib.
Faktla bağlı Bakı şəhəri Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.