Bakıda metroda oğurluq edən şəxs saxlanılıb. Bu barədə 11 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, müxtəlif vaxtlarda metro stansiyalarında 4 sərnişinin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər oğurluq və soyğunçuluğa görə məhkum olunmuş Vidadi Bəkirov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.