Bakıda oğurluqla məşğul olan daha bir nəfər saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 29 noyabr tarixində xəbər verir.
Nərimanov rayonunda Bakı şəhər sakini Q.Soltanovun 1000 manat pulunu və 5000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Şahnəsib Ağayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.