Bakıda moped sürücüsünün ölümü ilə nəticələnən qəza olub. Bu barədə İnsanoid DİN-in mətbuat xidmətinə istinadən bu gün, 24 aprel tarixində xəbər verir.
34 yaşlı Sovqat Hüseynov idarə etdiyi “Ford" markalı avtomobillə Sabunçu rayonu, Balaxanı qəsəbəsində, Balaxanı-Binəqədi yolu ilə hərəkətdə olan zaman 60 yaşlı Alik Balayevin idarə etdiyi, dövlət qeydiyyat nişanı olmayan mopedlə toqquşub.
Nəticədə Alik Balayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.