Bakının bir sıra yollarında tıxac müşahidə edilir. Bu barədə İnsanoid Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən bu gün, 23 fevral tarixində xəbər verir.
Hal-hazırda:
Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
Zərifə Əliyeva küçəsində;
Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
Neftçilər prospekti, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.