Bakıda narkotik maddələrin təsiri altında avtomobili idarə edən sürücü saxlanılıb. Bu haqda 10 fevral tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Bakı şəhər sakini Rüstəm Müslümovun idarə etdiyi “Haval” markalı avtomobil işıq cihazlarından düzgün istifadə etmədiyi üçün Binəqədi rayonu ərazisində yerləşən postda saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücünün sənədlərinə baxış zamanı onun narkotik vasitənin təsiri altında olması müəyyən olunub və avtomobil duracağa yerləşdirilib.
Sürücü barəsində protokol tərtib olunub. Məhkəmənin qərarı ilə R.Müslümov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 8 gün müddətinə inzibati qaydada həbs olunub.