Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə DİN-in mətbuat xidmətindən İnsanoid-ə məlumat daxil olub.
Belə ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 26-da Səbail rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən V.Kotlyar saxlanılıb. Onun üzərindən heroin aşkar edilərək götürülüb.
Araşdırmalarla onun ötən il dekabrın 27-də N.Cəfərovaya məxsus içərisində 3200 manat və 400 ABŞ dolları olan pulqabısını oğurlaması da müəyyən olunub.