Bakıda maskalı şəxs qadına zor tətbiq edib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 17 mart tarixində xəbər verir.
Martın 16-da paytaxtın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində maskalı bir nəfər paytaxt sakini olan qadına zor tətbiq edərək içərisində 3000 manatı olan çantasını talayıb.
Suraxanı polisi soyğunçuluq əməlində şübhəli bilinən Bakı sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Orxan İskəndərovu saxlayıb.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.