Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib. Bu barədə 16 yanvar tarixində APA məlumat verib.
Hadisə Qala qəsəbəsində şlaqbaumsuz dəmiryol keçidində olub.
1963-cü il təvəllüdlü Kərimov Aydın Kamil oğlu idarə etdiyi “VAZ 2107” markalı nəqliyyat vasitəsilə keçiddən keçərkən yük qatarına çarpılıb.
Zərbənin təsirindən avtomobil bir neçə metr kənara aşıb.
Qəza nəticəsində A.Kərimov bədəninin müxtəlif nahiyələrindən ağır sınıq xəsarətləri alıb.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.