Bakıda qəza törədərək hadisə yerindən yayınan sürücü tutulub. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 20 dekabr tarixində xəbər verir.
Dekabrın 14-də saat 05:00 radələrində Nəsimi rayonu ərazisində yolu keçən Qazax rayon sakini R.Osmanovu müəyyən edilməyən avtomobillə vuraraq qaçan Bakı şəhər sakini M.Mərdanlı saxlanılıb. Onun hadisəni taksi fəaliyyəti ilə məşğul olduğu “Toyota Prius” markalı avtomobillə törətməsi müəyyən olunub.
Araşdırma aparılır.