Bakıda qəzaya düşən kuryer 5 gündən sonra xəstəxanada ölüb. Bu barədə 13 mart tarixində Report məlumat verib.
Məlumata görə, martın 7-də kuryer fəaliyyəti ilə məşğul olan Ələsgərov Məzahir Nofəl oğlu mopedlə Səbail rayonunun Salyan şosesində yolun kənarında dayanmış avtomobilə çarpılıb.
Nəticədə o, aldığı xəsarətlərdən martın 12-də 1 saylı Kliniki tibbi mərkəzdə ölüb.
Faktla bağlı “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.