Bakıda qıza zor tətbiq edərək avtomobilə oturdan şəxslər saxlanılıblar. Bu barədə 24 fevral tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Hadisə Binəqədi rayonunun 9-cu mikrorayon ərazisində qeydə alınıb. Sosial şəbəkələrdə yayılan videoda 3 nəfərin bir qızı zorla “Opel” markalı avtomobilə mindirib ərazidən uzaqlaşmaları görünür.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, görüntülər araşdırılıb:
“Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikrindən daşındırmaq üçün rəsmi nikahda olduğu ər, xanımın atası və qayınanası onu məcburən rayona aparmağa çalışıblar. Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib”.
Xanıma qarşı zorakılıq edən şəxslər saxlanılıblar.