Bakıda restoranda 65 yaşlı kişi ölüb. Bu barədə 6 fevral tarixində Report məlumat verib.
Hadisə fevralın 5-də Nərimanov rayonu ərazisində yerləşən “Malı" restoranında qeydə alınıb.
Belə ki, Rusiya vətəndaşı, 1958-ci il təvəllüdlü Quliyev Şirvan Sadiq oğlu restoranda vəfat edib.
Meyitin üzərində xəsarət və zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.