Bakıda şadlıq sarayında qadının pulqabısı oğurlanıb. Bu barədə 21 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Nizami RPİ 24-cü Polis Şöbəsinə rayon ərazisindəki şadlıq saraylarının birində Bakı şəhər sakini olan qadının içərisində 1 000 dollar olan pulqabısının oğurlanması barədə müraciət daxil olub.
Oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ramal Mirişov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun “dələduzluq” maddəsi ilə axtarışda olması da məlum olub.