Bakıda səkiyə çarpılan avtomobil yanıb. Bu barədə 1 fevral tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Hadisə Yasamal rayonunun M.Müşfiq küçəsində baş verib.
Məlumata əsasən, idarəetməni itirərək yol kənarındakı səkiyə çarpılan “Toyota” markalı minik avtomobilində yanğın baş verib.
Yanğın nəticəsində avtomobilin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb.
Yanğın söndürülüb.