Bakının Nəsimi rayonunda şəhər sakini 5 nəfər tərəfindən döyülüb. Bu barədə 24 fevral tarixində Report.az məlumat verib.
Nəsimi RPİ-yə bir nəfərin bir qrup şəxs tərəfindən döyülməsi və onu “Fiat” markalı avtomobillə aparmaları barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən 5 nəfərin xuliqanlıq zəminində R. Mamedovu döyüb xəsarət yetirmələri, avtomobillə aparmaları və 3-cü mikrorayon ərazisində buraxmaları müəyyən olunub.
Əməliyyat tədbirləri ilə bu əməli törətməkdə şübhəli bilinənlərdən əvvəllər məhkum olunmuş Ədalət Vəliyev və Pərviz Nəhmətov müəyyən olunaraq saxlanılıblar. Şəxsiyyəti müəyyən olunan digərlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.