Bakıda sərnişinlər sürücünü boğmağa çalışıblar. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən bu gün, 24 aprel tarixində xəbər verir.
Aprelin 22-də saat 22:00 radələrində Yasamal rayonu ərazisində “Khazar” markalı bir avtomobildə olan 2 sərnişin sürücünü arxadan əllə boğmağa çalışıb.
Bu zaman sürücü avtomobili tərk edib və həmin şəxslər nəqliyyat vasitəsini qaçırıblar. Bu barədə polisə müraciət daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Xırdalan şəhəri ərazisində tapılıb.
Quldurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ağsu rayon sakini Vasif Mikayılov və Abşeron rayon sakini Bəymurad Ənvərli müəyyən olunaraq saxlanılıblar.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.